Sevgilisindən Serenaya tərif

Kerem Bursin və Serenay Sarıkaya cütlüyü restoranların birindən çıxarkən fotokameralara tuş gəlib.

Məlumata görə, türkiyəli aktyorlar paparassiləri görəndə təəccüblərini gizlətməyiblər.

Nejat İşlerlə baş rolda çəkildiyi “İkimizin yerine” filmi üçün çox əmək sərf etdiyini deyən Sarıkaya “Kinoya aşiq olaraq çiynimə aldığım ilk film yüküdür. Yolumu açmağa çalışan, mənə yoldaş olan, qoruyan Nejat İşlərə təşəkkür edirəm” deyib.

Sevgilisinin ünvanına təriflər yağdıran Bursin “Filmdə fərqli bir Serenay görəcəksiniz. Möhtəşəm və cazibədar oynayıb” söyləyib.