Rusiyanın neft gəlirləri 31,5% azalıb

Rusiyanın neft ixracından əldə etdiyi gəlirlər 2016-cı ilin ilk yarısında keçən ilin analoji dövrü ilə müqayisədə 31,5% azalaraq 32,929 mlrd. ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidmətinin açıqladığı hesabatda bildirilib.

Sənəddə qeyd olunub ki, ötən ilin ilk 6 ayı ərzində Rusiyanın neft ixracından gəlirləri 48,101 mlrd. ABŞ dolları təşkil edib: “Bu ilin ilk yarısında ixrac neftinin həcmi isə 5,2% artaraq 127,8 mln. ton təşkil edib”.

Xatırladaq ki, ötən ilin analoji dövründə bu göstərici 120,5 mln. ton olub. Neft məhsullarının ixracından əldə edilən gəlirlər isə ötən ilin analoji dövrü ilə müqayisədə 46% azalaraq 21 mlrd. ABŞ dolları təşkil edib. Rusiya neftinin əsas ixrac olunduğu bölgə 30,449 mln. ton ilə Uzaq Şərq ölkələri olub. MDB ölkələrinə ixrac isə 2,5 mlrd. dollar təşkil edib.