Pakistanda güclü yağışlar 21 insanın ölümünə səbəb olub

Pakistanın Sind əyalətində leysan yağışları nəticəsində 21 insan həlak olub.

AZƏRTAC RİA Novosti Agentliyinə istinadla xəbər verir ki, cümə günü axşamdan başlayan güclü yağışların fəsadları Kəraçi şəhərində də 14 insanın ölümünə səbəb olub.

Bundan başqa, Badin, Mitxi və Tatta şəhərlərində də ölüm faktları qeydə alınıb.

Sinoptiklərin məlumatına görə, yağışlı hava şəraiti hələ üç gün davam edəcək.