“WhatsApp” istifadəsini bu proqramlarla daha asanlaşdırın-Fotolar

Hər ay dünyada 1 milyarddan artıq insan “WhatsApp”dan istifadə edir və bu da onu dünyanın ən sürətlə böyüyən tətbiqi edir.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, xüsusilə “Facebook” tərəfindən 18 milyard dollara satın alındıqdan sonra, bu mesajlaşma tətbiqi daha sürətlə böyüməyə başladı.

“WhatsApp” tətbiqi üzərində sıxlıqla yeniliklər edilir və əlavə funksiyalar artırılır. Lakin bəzi funksiyaları hələ ki, sadəcə əlavə tətbiq yükləməklə əldə edə bilirik. Əgər siz Android əməliyyat sistemli telefon işlədirsinizsə bu tətbiqlər sizin “WhatsApp”ınız üçün gərəkli ola bilər.

“WhatsLock” – “WhatsApp” üçün mesaj kilidi

“WhatsApp” başdan-sona (end-to-end) şifrələmə ilə təhlükəsizliyini iki qat artırsa belə, bu yenə də telefonunuzu götürən şəxsin mesajlarınızı görməməsinə kifayət etmir. Lakin artıq buna görə narahat olmağa dəyməz. “WhatsLock” tətbiqi sizə bu problem üçün çarə olacaq.

Siz “Android”də müəyyən yollarla tətbiqləri şifrələyə bilərsiz, amma “WhatsLock” tətbiqi bilavasitə “WhatsApp” üçün hazırlanıb.

whatsapp-azeuro-1

“Dashdow” – “WhatsApp” üçün Mesaj şarları

“Facebook”un “Messenger” tətbiqində artıq uzun müddətdir istifadəyə verdiyi
“mesaj şarları” vasitəsilə istifadəçilər onlara gələn mesajları telefonun ekranında görünən kiçik şarlar vasitəsilə görə və mesaja daxil olub cavablaya bilirlər. Bənzər funksiyanı “WhatsApp” üçün “Dashdow” tətbiqi vasitəsilə quraşdırmaq mümkündür.

“Dashdow” tətbiqini yükləyərək tətbiqin “WhatsApp” bildirişlərinə əlçatımlı olması üçün icazə verdikdən sonra “WhatsApp”dan aldığınız mesajlar sizdin telefonun ekranında mesaj şarları formasında görünəcək. Bu sizə hər hansı səhifədən çıxmadan mesajlarınızı oxumaq şansı verəcək.

whatsapp-azeuro-2

“Cleaner for WhatsApp” – “WhatsApp” tətbiqinə aid lazımsız faylları silin

“WhatsApp”ın super bir tətbiq olduğunu qəbul edirik, lakin onun ən böyük mənfi cəhətlərindən biri lazımsız faylların həddən artıq toplanmasıdır. Lakin artıq bu tətbiqetmə vasitəsilə lazımsız faylları rahatlıqla təmizləyə bilərsiniz.

whatsapp-azeuro-3

“Booyah” – “WhatsApp” üçün video danışıq tətbiqi

“WhatsApp” artıq uzun müddətdir ki, səsli danışıq funksiyası ilə mesajlaşma tətbiqini istifadəyə vermişdi. “Booyah” vasitəsilə bu funksiyadan bir daha üst səviyyəyə, videolu mesajlaşma tətbiqinə keçid edə bilərsiniz.

whatsapp-azeuro-4