“Apple” hakerlərə pul qazanmağa yardım edəcək

Şirkətin rəhbərliyi onların proqram təminatında nasazlığı aşğar edəcək şəxsə 200 min dollar ödəməyə hazırdır.

Təhlükəsizlik şöbəsinin rəhbəri İvan Kristiçin sözlərinə görə, proqram təminatının işində nasazlığı tapmaq elə də asan deyil. “Apple” bu sahədə ilbəil təkmilləşir.

Analitiklər ehtimal edirlər ki, samballı maliyyə mükafatını yalnız şirkətin keçmişdə əməkdaşlıq etdiyi proqramçılar çevrəsindən birinin alması mümkündür.

Bu proqram payızın əvvəlində start götürür. Amma bu işə arzu edən hər kəs üçün çıxışın açılacağı da istisna deyil.

“Apple” şirkəti proqram şifrəsində səhvi tapmaqda yardım edənlərə pul verilmə təcrübəsi olan “Google” və “Facebook”un yolu ilə gedir.