Bu da “ağıllı çanta”

Dizüstü kompüterlər bazarında aparıcı rol oynayan “Hewlett Packard (HP)” artıq kompüter və çanta hissələrini bir araya gətirərək telefon və kompüterlərinizi şarj edəcək yeni məhsulunu təqdim edib.

Axşam.az Technote-yə istinadən xəbər verir ki, HP-nin təqdim etdiyi bel çantası standart bel çantası anlayışını geridə qoyaraq fərqli bir iş ortaya çıxarıb.

HP-nin tanıtdığı bel çantası daxilində 22.400mAh həcmində daşına bilən şarj çihazını saxlayaraq işinizi asanlaşdırmağı nəzərdə tutur. Yəni, bu çanta sizi telefon və kompüter üçün şarj aparatı daşımaqdan azad edəcək. Dizayn baxımından həm daşına bilən, həm də şarj məqsədlə istifadə oluna bildiyi üçün çox sərfəli hesab etmək mümkündür.

Çantanın 200$ olacağı gözlənilir.