Bu gün Akif İslamzadənin doğum günüdür

Bu gün Azərbaycanın böyük musiqiçisi Akif İslamzadənin 67 tamam olur.

Akif İslamzadə “Alagözlüm”, “Sarı gəlin”, “Bu gecə” ifaları ilə Azərbaycan musiqisinə damğasını vurub. Lakin müğənninin səsi qəfildən tutulub.

Qeyd edək ki, Akif İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. İfaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi başlayıb. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.