“Möhtəşəm yüz il: 4 Murad” başqa kanalda yayımlanacaq

Ötən mövsüm Star TV-də yayımlanan və gözlənilən reytinqləri toplaya bilməyən “Möhtəşəm yüz il: Kösəm” kanal dəyişir.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, payızda “Möhtəşəm yüz il: 4 Murad” adıyla efirə gedəcək ekran işi Fox TV-də yayımlanacaq.

Qeyd edək ki, seriala yeni mövsümdə bir çox tanınmış aktyor da daxil olub.