“Qəbələ” yeni mövsümə qələbə ilə başladı

Bu gün Azərbaycan Premyer Liqasının 1-ci turuna yekun vurulub. Futbolinfo.az xəbər verir ki, mövsümün açılış turunun son oyun günündə bir görüş baş tutub. “Qəbələ” Bakıda “Kəpəz”lə üz-üzə gəlib. Roman Qriqorçukun komandası Qəbələ şəhər stadionundakı təmir işləri ilə əlaqədar, Gəncə təmsilçisini Mərdəkandakı “Dalğa Arena”da qəbul edib. Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Amma fasilədən sonra təzyiqi daha da artıran “Qəbələ” iki cavabsız qol vuraraq, mövsümə inamlı qələbə ilə başlayıb.