Rio Olimpiadasında ermənilərin Azərbaycana qarşı yeni TƏXRİBATI

Braziliyanın Rio-de-Janeyro şəhərində davam edən Yay Olimpiya Oyunlarında Azərbaycana qarşı təxribata yol verilib.

Rusiya gimnastika yığmasının erməni mənşəli üzvü Seda Tutxalyan təsnifat mərhələsindəki çıxışını “Artsax” musiqisi altında yerinə yetirib.

Xatırladaq ki, Ermənistan təbliğat maşını kompozisiyanın bəstəkar Ara Gevorqyan tərəfindən Qarabağ ermənilərinə ithaf edildiyini iddia etsələr də, tarixi faktlar onun bu əsəri azərbaycanlı bəstəkar Fiktər Əmirovun məşhur “Kor ərəbin mahnısı” kompozisiyasını müasir tərzdə aranjiman edərək oğurladığı üzə çıxıb.

Əslən Gümrü şəhərindən olan və Rusiya yığmasının heyətində Avropa Oyunlarının qızıl və gümüş medallarını qazanmış Seda Tutxalyanın Azərbaycan musiqisindən oğurlanan “Artsax” kompozisiya sədaları altında rəqsini təqdim edirik: