Rusiya prezidenti Azərbaycana səfərə gəlib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin avqustun 8-də Azərbaycan Respublikasına səfərə gəlib.

Məlumata görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Rusiya prezidenti Vladimir Putin hava limanında Azərbaycanın baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.