Sərdar Ortaç həyat yoldaşının saç rəngini dəyişir

Məşhur türk müğənni Sərdar Ortaç həyat yoldaşı Xloe Luqnanın saçını qara rəngə boyatmaq istəyir.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Bodrumda konsert verən 46 yaşlı müğənni gələn il həyat yoldaşını əsmər görünüşlü edəcəyini açıqlayıb.

“İndi onun saç rəngi sarıdır. Amma gələn il qara rəng etmək istəyirəm”.

Qeyd edək ki, S.Ortaç uzun müddətdir birlikdə olduğu X.Luqnanla 2014-cü ilin iyununda ailə həyatı qurub.