Türkiyədəki mitinqdə Azərbaycan bayrağı dalğalandı

“Onlar bizim öz ailəmizdəndir” deyib Azərbaycanlılar və Şimalı Kıprıslıları İstanbuldadkı son final mitinqinə dəvət etdi və çağırışı qarşılıqsız qalmadı.

Türkiyədə 15 iyul hərbi çevriliş cəhdindən sonra həftələrdir davam edən demokratiya mitinqi İstanbul Yeniqapıda avqustun 7-də baş tutdu.

Yekun mitinq daha da möhtəşəm keçdi.

Yerli vətəndaşlarla yanaşı Azərbaycanlılar və Şimali Kipr (Kıprıs) Türk Cümhuriyyəti vətəndaşları da mitinqə öz bayraqları ilə gələrək Türkiyənin yanında olduqlarını sübut etdilər.