Azərbaycan idmançılarının Rio Olimpiadasındakı bugünkü ÇIXIŞLARI

Bu gün Braziliyada keçirilən XXXI Yay Olimpiya Oyunlarında daha bir neçə Azərbaycan idmançısı çıxış edəcək.

Akademik avarçəkmə yarışlarında Aleksandr Aleksandrov və Boris Yutov yarımfinal mərhələsində (Saat: 17:30) mübarizə aparacaqlar.

Kamandan oxatma yarışlarında mübarizə aparacaq Olqa Senyuk 1/32 finalda (Saat: 23:50) çıxış edəcək.

Boks üzrə Azərbaycan yığmasının daha 3 üzvü mübarizəyə qoşulacaq.

İlk olaraq rinqə Kamran Şahsuvarlı çıxacaq. 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz mübarizəyə 1/16 final mərhələsindən başlayacaq (Saat: 19:15).

Daha sonra Albert Səlimov 60 kq-da Olimpiadaya 1/8 finaldan qoşulacaq (Saat: 00:45).

Məhəmmədrəsul Məcidov isə superağır çəkidə (+91 kq) mübarizə 1/16 finaldan yarışlara başlayacaq (Saat: 02:00).