Bozdağ : ABŞ Güləni geri verməzsə, Türkiyəni bir terroristə fəda etmiş olacaq

Ədliyyə naziri Bəkir Bozdağ qeyd edib ki, ABŞ-dan Fətullah Gülənin geri qaytarılmasıyla bağlı hələ heç bir rəsmi cavab yoxdur. Bunu Avropa ölkələri də bilir. Hər kəsin qəti fikirli olmasını gözləmək bizim haqqımızdır. Artıq Fətullah Gülən, ABŞ üçün də başqa bir ölkə üçün də faydalı olmaq xüsusiyyətini itirmişdir.

AzEuroNews haberturk-ə istinadən xəbər verir ki, Ədliyyə naziri Bəkir Bozdağ, AA Redaktor stulundan sualları cavablayır. Bozdağın şərhlərinin başlığı belədir:

“Türkiyə belə bir birliyə ilk dəfə şahid oldu. Yüz illərdir görünməyən şəkili 7 avqustda bütün Türkiyə göstərdi. Demokratiya, milli iradə və dövlətinə sahib çıxma mövzusunda ortaqlığı da göstərir. Bütün siyasi partiyalar bir-birimizlə rəqabət edə bilərik, ağır tənqid yönəldə bilərik. Bunu demokratiya, respublika sayəsində edirik. Bu sistem təhlükədə olduğunda, hamımızın birlik olması lazımdır. 15 iyul-7 avqust mesajı, Türkiyədə artıq zərbələrin ediləməyəcəyi, təşəbbüs edənə millətin icazə verməyəcəyidir. Bu maşaları istifadə edənlərə də, bu xain maşalara da bir cavabdır. Bu həmçinin Türkiyənin dostlarını sevindirən bir fotoşəkildir. Amma Türkiyənin düşmənləri pərişan oldular. Türkiyə zəifləsin, parçalansın deyə hər imkanı səfərbər edənlər çox peşman oldular.

BİR TERRORİSTƏ TÜRKİYƏNİ FƏDA ETMİŞ OLACAQLAR

ABŞ-ın səlahiyyətli orqanlarına başqalarının duyğularına hörmət etmələrini təklif edirik. Obamaya yoldaşı və uşaqlarıyla tətil edərkən sui-qəsd cəhdi edilmiş olsa, Ağ Ev bombalanmış olsa, xalqın üzərinə tank sürülmüş olsa, hərbi vertolyotlarla insanlara atəş açılsa bu hərəkəti reallaşdıran terrorçuların başı Türkiyədə olsa.. Türkiyə biz biraz düşünək desə, ABŞ xalqı, rəhbərliyi bundan məmnun olarmı? ABŞ, Güləni təhvil verməzsə Türkiyəni bir terroristə fəda etmiş olacaq.

HƏPS OLUNMASINI  İSTƏDİK

FETÖ-nun kapitanı Fəthullah Gülənin qaytarılması ilə əlaqədar faylı və bu faylın 100-lərlə qovluqlarda olan əlavələrini, ABŞ səlahiyyətli orqanlarına həm elektron, həm də rəsmi yazışma üsuluna uyğun bir formada göndərdik. Bu vaxt Fətullah Gülənin müvəqqəti tutulmasını və həbs olunmasını tələb etdik. Günəşin varlığını isbat üçün dəlilə ehtiyac varmı? ABŞ-ın səlahiyyətli orqanları bizdən gedən yazıları aldıqdan sonra bizdən qəti- həbs tələbimizin niyə təcili olduğuna dair suallar verdilər. Biz cavablarımızı da göndərdik. Arxasından Xarici İşlər Nazirliyi vasitəsiylə ABŞ-da mütəxəssislərin bu mövzuda araşdırma edə biləcəyi kimi, Türkiyədən mütəxəssis bir heyətin ABŞ-a gələrək həmsöhbətləri ilə görüşməsinin istənildiyi bir məktub gəldi. Biz də bu təklifə əhəmiyyət veririk, sizdən bir mütəxəssis heyət əvvəlcə gəlsin, daha sonra Türkiyədən bir mütəxəssis heyət getsin dedik.

ABŞ GERİ QAYTARMASA NƏ OLAR?

Ümid edirik ki ABŞ rəhbərliyi Türk xalqının dostluğuna önəm verərək bu mövzunu (Gülənin qaytarılması) ələ alar. ABŞ üçün Türkiyənin dostluğumu Gülənin dostluğumu əhəmiyyətlidir? Bunu görmüş olacağıq. Geri verməsə nə olar? Türkiyə-ABŞ əlaqələrinə mənfi təsir göstərər. Ümid edirəm ki ABŞ Türk xalqının dostluğuna daha çox əhəmiyyət verər. ABŞ böyük bir dövlətdir, sonda bu böyük dövlət o böyüklüyünün gərəkdiyini edərək, ABŞ-ın Güləni geri verəcəyinə inanıram.

MAŞA OLMA  EHTİMALINI  İTİRDİ

ABŞ rəsmilərinin açıqlamalarından geri qaytarma tələbinə əhəmiyyət verdikləri mesajı çıxır. Artıq Fətullah Gülən, ABŞ üçün də başqa bir ölkə üçün də faydalı bir maşa olma xüsusiyyətini itirmişdir. Deşifrə oldu artıq, kəşfiyyat məktəbləri zənciri artıq aşkar olmuşdur. Türkiyədə bu iş bitmişdir, başqa ölkələrdə də bitmişdir. PKK, DAEŞ ilə FETÖ-nün zehniyyəti eynidir..

ZƏRBƏLƏRƏ İCAZƏ VERİLMEYƏCƏYİNİN ELANI

15 iyul və 7 avqust nədir? Bundan belə zərbələrin Türkiyədə edilə bilməyəcəyi, millətin icazə verməyəcəyinin elanıdır. Nə xarici güclərin təlimatıyla hərəkət edən maşalar, nə də içimizdəki xainlər əsla Türkiyədə qərar verə  bilməzlər.