Ermənistanın paytaxtında mitinq başlayıb

Ermənistanın paytaxtı Yerevan şəhərindəki “Azadlıq” meydanında mitinq başlayıb.

“News.am” xəbər verir ki, aksiyaçılar ötən ay polis polkunun binasını ələ keçirmiş və hazırda həbsdə olan şəxslərə dəstək nümayiş etdirirlər.

Qeyd edək ki, bu gün Vanadzorda da etiraz aksiyası keçirilib.