“İmzatoplama kampaniyası sabah yekunlaşacaq” – Siyavuş Novruzov

Yeni Azərbaycan Partiyası (YAP) referenduma hazırlıqlarının hazırkı durumunu açıqlayıb.

YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov açıqlamasında bildirib ki, partiya imzatoplama kampaniyasını yekunlaşdırmaq üzrədir.

S.Novruzovun sözlərinə görə, bu günə 80-ə yaxın rayon, şəhər qərargahlarından imza vərəqləri tam şəkildə doldurularaq partiyanın Mərkəzi Qərargahına təqdim olunub: “Bu isə təxminən 100-ə yaxın dairəni əhatə edir. Avqustun 10-a qədər imzatoplama kampaniyasını tamamilə başa çatdıracağıq. İmza vərəqələri Mərkəzi Qərargahda yaradılan ekspert qrupu tərəfindən yoxlanıldıqdan sonra, müvafiq qovluq şəklinə salınaraq Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı refendumda təşviqat qrupu qismində iştirak etmək üçün YAP “Yeni Azərbaycan” təşəbbüs qrupu yaradıb.

Xatırladaq ki, Azərbaycanda referendum 26 sentyabr 2016-cı il tarixində keçiriləcək.