İxtisas seçimi sabah başa çatır

“İyulun 29-dən bu saata qədər ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarına 34.626 abituriyent qeydiyyatdan keçib”.

TQDK-dan deyilib ki, bu saata qədər qeydiyyatdan keçənlər içərisində ən çox I ixtisas qrupu üzrə Azərbaycan bölməsində 11667 nəfər  müşahidə olunur.

O da bildirilib ki, bu saata ali təhsil müəssisələrinə ən az qeydiyyatdan keçən abituriyentlər rus bölməsi üzrə IV ixtisas qrupundadır. Belə ki, rusdilli abituriyentlərdən 1269 qeydiyyatdan keçib.

Ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupunun ixtisaslarını seçmiş abituriyentlərin cəmi sayı isə bu saata 1425 nəfərdir.

Onlardan 1245 nəfər Azərbaycan, 180-i isə rus bölməsinə aiddir.

Xatırladaq ki, sabah TQDK I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə ixtisas seçimini başa çatdırır.

İxtisas seçimi iyulun 29-dən avqustun10-na kimi aparır.

:
 

Ali təhsil müəssisələrinin I-IV və V ixtisas qruplarının ixtisaslarını seçmiş abituriyentlərin sayı

İxtisas qrupları
B o l m ə I qrup II qrup III qrup IV qrup Cəmi
Azərbaycan 11667 9092 8030 2518 31307
Rus 1269 1221 686 143 3319
Cəmi 12936 10313 8716 2661 34626

 

 

 

 

Ali təhsil müəssisələrinin yalnız V ixtisas qrupunun ixtisaslarını seçmiş abituriyentlərin sayı

B o l m ə  
Azərbaycan 1245
Rus 180
Cəmi 1425