Məşhur serialdan gözlənilməz qərar

“Show Tv”də yayımlanan məşhur “Asla Vazgeçmem” serialı mövsüm finalı əvəzinə ümumi finala çıxır.

Məlumata görə, gözlənilməz qərar serialı çəkən “Gold Film” tərəfindən elan edilib.

Şirkətdən bildirilib ki, serialın əsas süjet xətti sona yetmək üzrədir və buna görə də ssenarini məcburiyyət xatirinə uzatmaq izləyicilərə hörmətsizlik ola bilər:

“Təsirli bir final seriyası ilə hekayəmizi bitirməyin daha doğru olduğunu hesab edirik. Serialımızı Qurban bayramından sonrakı həftələrdə yayımlnacaq son 3 seriya ilə 59-cu seriyada bitirməyi qərara alırıq”, – deyə açıqlamada qeyd edilib.

Qeyd edək ki, serialın baş rollarında Tolgahan Sayışman, Amine Gülşe, Şafak Pekdemir, Ümit Yesin, Ayşegül Günay, Hülya Gülşen Irmak və Tugay Mercan oynayır.