Rusiya aviasiyası yeni nəsl bombalarla təchiz ediləcək

Rusiyanın Hava-Kosmik Qüvvələri yaxın zamanlarda kontaktsız partlayıcılarla təhciz olunmuş yeni nəsl aviabombalarla təmin ediləcək. Trend TASS-a istinadən xəbər verir ki, bu barədə “Texmaş” (“Maşınqayırma texnologiyaları”) Elmi-İstehsalat Konserninin (EİK) baş direktoru Sergey Rusakov bildirib.

EİK tərəfindən hazırlanmış partlayıcının sınaqları müvəffəqiyyətlə keçirilib. Hazırda konsern yeni hərbi məhsulun kütləvi istehsalının başlanmasına hazırlaşır.

“Texmaş”dan bildiriblər ki, yeni bomba hazırda Rusiya aviasiyasında istifadə edilən kontaktsız partlayıcılardan xeyli dərəcədə üstündür.