“Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradıla bilər”

“Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatı yaradıla bilər”.

Məlumata görə, bunu Rusiyada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə belə bir formatın yaradılması mexanizminə müsbət baxır.

Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya prezidenti V.Putinlə burada yenidən təkbətək görüşəcəklərini, regional və beynəlxalq məsələləri bir daha nəzərdən keçirəcəklərini vurğulayıb.

R.T.Ərdoğan Türkiyə-Rusiya Birgə İnvestisiya Fondunun yaradılması sahəsində razılığa gəldiklərini və Rusiya ilə müdafiə sənayesi sahəsində işbirliyini artıracaqlarını da diqqətə çatdırıb:

“Regional məsələlərin müzakirəsi üçün Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli əməkdaşlıq formatının yaradılmasına da müsbət baxırıq. Bununla yanaşı, “Akkuyu” yatağı kimi böyük layihənin icrasını sürətləndirmək üçün aldığımız qərar mühüm əhəmiyyət daşıyır. İnşallah, bu addımlar səyəsində Ankara-Moskva xəttini yenidən təhlükəsiz və dostluq xətti vəziyyətinə gətirəcəyik”.