Yapon təhsilini fərqləndirən 10 özəllik

Biz yaponların niyə belə ağıllı, savadlı olduğunu başa düşdük. Bu onların yüksək səviyyədə təhsil almasından irəli gəlir. AzEuroNews adme.ru-ya istinadən Yapon təhsilində olan maraqlı faktları təqdim edir:

  1. Əvvəl manera- Sonra bilik

yapon-azeuro-1

Yapon məktəbliləri IV sinifə qədər imtahan vermirlər, yalnız kiçik həcmdə sərbəst iş yazırlar. Belə qəbul edirlər ki, ilk 3 ildə akademik biliklər o qədər də önəmli deyil. Əsas vurğunu tərbiyəyə, bir- birinə hörmət etməyə, insanlara heyvanlara, ətraf aləmə, təbiətə, özünü idarə etməyə, həqiqəti axtarışa, qabiliyyətin aşkarlanmasına xüsusi önəm verilir.

2. Dərs ili aprelin 1-dən başlayır

aprel-azeuro-1

Bir çox ölkələr təhsilini başa vuranda Yaponlar 1 sentyabrı qeyd edirlər. Beləliklə onlar təbiətlə birlikdə əzəmətli və ciddi şəkildə köklənirlər. Akademik təhsil ili 1 apreldən 20 iyula, 1 sentyabrdan 26 dekabra, 7 yanvardan 25 marta kimi 3 smestrdən ibarətdir. Yapon məktəbliləri 6 həftə yayda, 2 həftə isə qışda və yazda istirahət edirlər.

3. Yaponiyada şagirdlər sinif otaqlarını özləri təmizləyir

temizlik-azeuro-1

Növbə ilə şagirdlər sinif otaqlarını, dəhlizi, hətta sanitar qovşağını təmizləyirlər. Bu da erkən yaşlardan uşaqlarda kollektiv surətdə işləmək, bir-birinə kömək etmək vərdişlərini aşılayır. Bu qədər zəhmət və əmək sərf etdikdən sonra yəqin ki, kimsə məktəbi zibilləməz. Bu onları başqalarının və öz zəhmətlərinə hörmətlə yanaşmağı, ətraf aləmin təmizliyinə riayət etməyi öyrədir.

4. Məktəbdə eyni çeşiddə yeməklər hazırlanır və şagirdlər öz sinif otağında birlikdə nahar edirlər.

yemek-azeuro-1

Başlanğıç və orta məktəblərdə uşaqlar üçün səhiyyə işçiləri tərəfindən xüsusi sağlam və faydalı nahar menyusu hazırlanır. Şagirdlər müəllimləri ilə birlikdə sinif otağında nahar edirlər.Qeyri-formal şəraitdə onlar daha çox ünsiyyət qurur və dostluq münasibətləri qururlar.

5. Əlavə təhsildən daha çox istifadə edilir.

meshur-azeuro-1

Yaxşı orta və yüksək məktəbə düşmək üçün başlanğıc siniflərdən özəl və hazırlıq məktəblərinə gedirlər. Belə məktəblərdə məşğələlər axşamlar olur. Yaponiyada axşam saat 21.00-da ictimai nəqliyyatda əlavə dərslərdən sonra evə tələsən uşaqları görmək adi haldır.Uşaqlar bazar və bayram günlərində də 6-8 saat dərsləri ilə məşğul olurlar. Yaponiyada statistikaya görə sinifdəqalma faktı yoxdur.

6.Yaponiyada xəttatlıq və poeziya sənəti tədris olunur

kallioqrafiya-azeuro-1

Yapon xəttatlıq prinsipi, və ya şedo çox sadədir:bambukdan olan fırçanı mürəkkəbə batırır, hamar şəkildə kağız üzərində heroqlifləri çəkirlər.Yaponiyada şedro rəsm əsəri qədər dəyərlidir. Milli poeziyanın haiku növü isə təbiət və insanın vəhdətini təqdim edir. Hər iki fənn Şərq estetikasınının sadə və zərif nisbətini əks etdirir.Məşğələlər uşaqlara öz mədəniyyətlərini,adət-ənələrini qiymətləndirməyi və hörmət etməyi öyrədir.

7. Şagirdlər məktəbli forması geyinməlidirlər

forma-azeuro-1

Orta məktəbdən başlayaraq şagirdlərdən məktəbli forması geyinməsi tələb olunur. Bir çox məktəblərin öz geyim formaları var.Oğlanlar üçün hərbi stildə, qızlarda isə də dənizçi kostyumu seçilir.Rəsmi geyimin işgüzar əhval-ruhiyyə yaratdığı üçün bu qayda şagirdləri intizama cəlb etmək üçün nəzərdə tutulub.Eyni geyim forması sinif yoldaşlarını birləşdirir.

8. Dərsə davamiyyət 99,99%-dir

davamiyyet-azeuro-1

Yaponiyada həyatı boyu dərsə getməyən, hansısa səbəb üzündən məşğələlərdə iştirak etməyən insanı təsəvvür etmək çətindir. Yapon məktəbliləri heç vaxt dərsə gecikmirlər. 91% şagird həmişə müəllimə qulaq asır.Belə statistika ilə daha hansı ölkə qürrələnə bilər?

9. Buraxılış imtahanları hər şeyi həll edir

imtahan-azeuro-1

Yuxarı sinifləri bitirəndə şagirdlər bir test yazırlar, bu da onların ali məktəbə qəbul olub, olmamasını həll edir. Məzunlar bir təhsil müəssisəsini seçə bilərlər. Ölkədə məzunların 76%-i təhsilini davam etdirir. Yaponiyada “imtahan cəhənnəmi” ifadəsi çox məşhurdur.

10. Universitet illəri- həyatın ən yaxşı tətilidir.

universitet-azeuro-2

Qəribədir ki, uzun illər fasiləsiz təhsildən, ”imtahan cəhənnəmin”dən sonra yaponlar bir balaca fasilə edirlər. Uşaqlıqdan məsuliyyət hissinə, zəhmətə alışan yaponlar universitet illərini həyatın asan və işsiz günləri, əmək fəaliyyətindən əvvəl əla istirahət adlandırırlar.