ABŞ-da zəlzələ baş verib

ABŞ-ın Kaliforniya ştatında 5 bal gücündə zəlzələ baş verib.

Bu barədə Birləşmiş Ştatların Geologiya Xidməti xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Apper Leyk yaşayış məntəqəsindən 19 kilometr şimal-şərqdə, zəlzələ ocağı 18,5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və ya tələfat barəsində məlumat verilmir.