ABŞ : İŞİD ortaq qayğımızdır

ABŞ-ın Xarici İşlər Nazirliyinin spikeri Elizabeth Trudeau, mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Vladimir Putin ilə görüşünün gündəmə gətirilməsini önə çıxararaq, Türkiyənin bir NATO müttəfiqi , dost və ortaq olduğunu ifadə etdi.

AzEuroNews milliyet-ə istinadən xəbər verir ki, Trudeau, iki liderin keçirdiyi görüşdə Suriya mövzusunun da gündəmə gələ biləcəyinə dair bir sual üzərinə, ” Dünyanın harasında olarsaq olaq İŞİD-ə qarşı həyata keçirilən mübarizə hamımızı narahat edir” dedi.  Görüşlə bağlı, Ərdoğanın açıqlamasını dinlədiyini ifadə edən spiker, başqa fikir bildimədi.

Trudeau, 15 iyul zərbə cəhdinin arxasında ABŞ-ın olduğu istiqamətindəki iddialarla əlaqədar ,   “Doğru olan tək şey, demokratik yollarla seçilmiş Türkiyə hökumətini və Türkiyə xalqını dəstəklədiyimizdir” ifadəsini işlədib.

Türk səlahiyyətlilərin ABŞ-ın Türkiyəni strateji bir müttəfiq olaraq təyin etməsinə baxmayaraq, zərbə cəhdi sonrasında hələ yüksək səviyyəli bir ziyarətin edilməməsinə “kədərləndiklərinin” ifadə edilməsi üzərinə Trudeau, Türkiyənin əhəmiyyətli bir müttəfiq və dost ölkə olduğunu söylədi.