Ahmed Necatdan Obamaya “nəsihət” məktubu

Köhnə İran prezidenti Mahmud Əhməd Necat, Barak Obamaya məktub yazaraq, ABŞ-ın əl qoyduğu təxminən 2 milyard dollar dəyərindəki İranın mal varlığını geri istədi. Məktubunda, “Mərhəmətli şəkildə sizə nəsihət edirəm, bu qara ləkənin iki ölkə tarixində sizin adınıza qeyd edilməsinə icazə verməyin” deyə yazdı. ABŞ-ın İrandakı maraqlarını qoruyan Tehrandakı İsveçrə səfirliyinə ötürülən məktubda, Əhməd Necat Obamadan İranın əl qoyulan əmlakının “dərhal” və “tam olaraq” geri verilməsini, ayrıca yaranmış zərərin də kompensasiya edilməsini tələb etdi.

AzEuroNews cnnturk-ə istinadən xəbər verir ki, məktubunun siyasi bir ölçü daşımadığını söyləyən Əhmədinejad, yazısının sonunda isə özünü “İran millətinin xidmətçisi” olduğunu qeyd ederək, bundan əvvəlki vəzifələrinə toxunmadı.

ABŞ Ali Məhkəməsi, müxtəlif terror hücumlarında həyatını itirənlərin ailələrinə ödənməsi üçün aprel ayında, İranın ABŞ-dakı təxminən 2 milyard dollar dəyərindəki mal varlığına əl qoymuşdu. Hadisədən aylar keçməsinə baxmayaraq Əhməd Necatın mövzuya bağlı reaksiyasını göstərməsi ölkədə müzakirə mövzusuna səbəb olmuşdur. Ahmed Necatı tənqid edənlər, bunun qarşıdan gələn prezident seçkiləri üçün bir seçki təbliğatı kompaniyası olduğunu irəli sürür.