Almaniyadan sürpriz Türkiyə çıxışları…

Almaniyanın Müdafiə Naziri Ursula von der Leyen Türkiyənin Rusiya ilə yaxınlaşmasına baxmayaraq , NATO üçün nə cür əhəmiyyətə sahib olduğunun fərqində olduğunu söylədi.

AzEuroNews milliyet-ə istinadən xəbər verir ki, Federal Müdafiə naziri Fritzlar Hava Hərbi Bazası Helikopter Alayını ziyarəti zamanı etdiyi açıqlamada , “Türkiyənin hansı tərəfdə iştirak etdiyini bildiyindən heç bir şübhəsi olmadığını” ifadə etdi.

Nazir von der Leyen , son illərdə ” NATO içərisində Türkiyənin nə cür əhəmiyyətli olduğunu və ittifaqın təhlükəsizliyi üçün nə cür əhəmiyyətli vəzifələr boynuna götürdüyünü ” vurğuladı. Müdafiə naziri sözlərini , ” Türkiyənin də , qərarsızlıq vəziyyətində müttəfiqlərinin kim olduğunu və müttəfiqlərinin nə qədər əhəmiyyətli olduğunu bildiyinə əminəm. ” şəklində davam etdirdi .

Bir açıqlama da Xarici İşlər Nazirliyindən gəldi

Ərdoğan və Putinin St. Peterburqdakı görüşündən əvvəl açıqlama verən Federal Xarici İşlər naziri Frank – Walter Steinmeier də iki ölkə arasındakı yaxınlaşmağı müsbət bir addım olaraq qiymətləndirərək , ” Ancaq iki ölkənin ,Rusiyanın Türkiyəyə NATO-ya alternativ bir təhlükəsizlik ittifaqı təqdim edə biləcək qədər yaxınlaşacağına inanmıram ” deyə danışdı .

Steinmeier , Türkiyənin NATO baxımından əhəmiyyətli bir ortaq olduğunu və elə də qalması lazım olduğunu ifadə etdi.