Gözəllik yarışının qalibinə ölüm hökmü verildi

İŞİD terrorçu təşkilatı gələn ilin yanvarında Filippində keçiriləcək “Miss Universe” gözəllik müsabiqəsində qalib gələcək gözələ sui-qəsd edilməsi əmrini verib.

Məlumata görə, təşkilatın Filippin üzrə nümayəndəliyi olan “Bangsamaro İslam Azadlıq Döyüşçüləri”nə yarışmanın keçiriləcəyi məkana hücum edilməsi üçü təlimat göndərilib.

Bu məsələnin üzə çıxmasından sonra Filippin polisinin hansı təhlükəsizlik tədbirlərini görəcəyi yarış iştirakçılarını və təşkilatçıları maraqlandırır.

Qeyd edək ki, yarışın qalibi seçiləcək gözələ tacı ötən müsabiqənin qalibi filippinli Pia Vurtzbax verəcək.