Kökəlmək istəyənlər üçün qızıl məsləhət

Dünyada köklükdən əziyyət çəkənlər olduğu kimi, həddən artıq arıq olduğu üçün 4-5 kilo kökəlmək istəyənlər də var. Ancaq onların işi arıqlamaq istəyənlərdən daha çətindir. Çünki onlar nə qədər yağlı, karbohidratlı qidalar qəbul etsələr də, kökəlmirlər. Orqanizm normal çəkini ala bilmirsə, deməli əsaslı səbəb var. Güclü əsəb pozğunluğu yaşanırsa, stressli haldadırsa, zəhərli zob, qurd və s. bu kimi hallar varsa, öncə bu fəsadları aradan qaldırmaq lazımdı. Çünki bu problemlər aradan qalxmasa, nə qədər qida yeyilsə belə yenə də problem yaşanacaq. Müalicə etdikdə zamanla orqanizm öz çəkisini alacaq. Bəzən insanlar bol kalorili, zülallı qidalar gecə-gündüz demədən yeyirlər. Lakin bu doğru variant deyil. Çünki gecə yağlı piti, xaş, yaxud mədə dolu olsun deyə digər qidalar yeyilərsə, bütün  gecəni mədə işləyəcək, insan da dərin yuxu ala bilməyəcək. Bu da birbaşa sinir sistemini sıradan çıxaran vərdişlərə gətirib çıxarır. Aşağıdakı qidalar normal kökəlmə üçün sizə yardımçı olacaq:

Çərəzlər

Təzə pendir

Banan

Vineqret salatı

Üzüm

Günəbaxan tumu

Bağayarpağı

Gülxətmi dəmləməsi

Biyan kökü

Qarğıdalı

Noxud

Bal, arı mumu

Doşab

Xurma

Gilas

Armud