Putin-Ərdoğan görüşü ABŞ-da şok effekti yaradıb

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Sankt-Peterburqda keçirdiyi görüş ABŞ mediasında geniş əks-səda doğurub.
Anadolu informasiya agentliyi xəbər verir ki, The Associated Press Prezident Ərdoğanın Putinlə görüşünün ardından verdiyi açıqlamada iki millətin zəifləmiş münasibətlərinin yenidən bərpa ediləcəyinə, hətta daha da yaxşılaşacağına, ölkələr arasında böyük enerji layihələrinə diqqət çəkib.
New York Times qəzeti Putin və Ərdoğanın keçirdiyi görüşü “Təcrid edilən Ərdoğan və Putin bir araya gəldi” başlığı ilə oxucularına çatdırıb. Görüşdən sonra münasibətlərin yaxşılaşacağı qeyd edilən xəbərdə iki liderin Qərb dünyasına mesaj göndərdiyi vurğulanıb.