Usain Bolt yeni rekorda hazırlaşır

Altı dəfə olimpiya çempionu olan dünyanın ən sürətli qaçan adamı Usain Bolt Braziliyada yeni bir rekorda hazır olduğunu olduğu bildirilib.

AzEuroNews euronews-a istinadən xəbər verir ki, Bolt 2008-ci ildə Pekin və 2012-ci ildə London olimpiyada oyunlarında 100, 200 və 4 × 100 metr yarışlarında üst üstə çempion olmuşdur.

Üçüncü dəfə olimpiyada oyunlarında eyni müvəffəqiyyəti qazanaraq yeni bir rekorda imza atmaq istəyən Bolt bunun üçün fiziki olaraq yaxşı vəziyyətdə olduğunu bildirib: “Bu mənim ən böyük hədəfimdi və bunu reallaşdırmaq istəyirəm. 19 saniyədə dünya rekordunu qırmağın çox çətin olduğunun fərqindəyəm, amma bu hədəfimə çatmaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam” sözlərini ifadə edib.

“Bəli bu hədəfə çatdıqdan sonra olimpik kariyeramın da sonuna gəlmiş, istədiyim hədəfə çatmış olacağam və müvəffəqiyyət zirvəsində istədiyim səviyyəyə yüksəlmiş olacağam. Bu an üçün dayanmadan irəliləmək lazımdır və bunun məni hara aparacağını görmək üçün də bir mövsüm daha yarışacağam “.

Yamaykalı Bolt keçən il 100 metrdə Amerikalı Justin Gatlini keçərək dünya çempionu olmuşdu.

Braziliyada son dəfə olimpiya oyunlarına qatılan Usain Bolt yaxın gələcəkdə təqaüdə ayrılacağı siqnalını verdi.