Yaraşıqlı aktyor “Kiralık aşk”da

Barış Arduç və Elçin Sanqunun baş rollarını paylaşdığı “Kiralık aşk” serialına yeni aktyor daxil olub.

Məlumata görə, mövsüm istirahətinə yollanan və payızda davam edəcək serialda bu dəfə yaraşıqlı aktyor Seçkin Özdemir də rol alacaq.

Seçkin Barış Arduçla yaxın dostdur, sonuncu dəfə “Acı aşk” serialında çəkilib.

Qeyd edək ki, Yasemin obrazını canlandıran Sinem Öztürk ekran işindən ayrılıb.

seckin-ozdemir-azeuro-1