Abituriyentlərin ixtisas seçimi başa çatıb

Azərbaycanda ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək hüququ olan abituriyentlərin ixtisas seçimi başa çatıb.

Məlumata görə, 38 117 abituriyent öz ixtisasını seçərək təsdiq edib. Onlardan 33 107 nəfəri Azərbaycan, 3 522 nəfəri isə rus bölməsinin abituriyentlərdir. 440 abituriyent isə elektron ərizələrinə daxil olsalar da, ixtisas seçimlərini təsdiqləməyiblər.

V ixtisas qrupu üzrə qabiliyyət imtahanından müvəffəq qiymət alan 1488 abituriyent də elektron ərizələrinə daxil olaraq ixtisas seçimini həyata keçirib. Onlardan da 1 299-u Azərbaycan, 189-u isə rus bölməsinin abituriyenti olub.