Damarları təmizləmək istəyənlər bu tərəvəzi yesin

Damarların sağlam və təmiz olması insan sağlamlığının ən vacib şərtlərindən biridir. Damarlarda xolesterinin yığılması damarların daralmasına səbəb olur ki, bu da orqanizmdə qan dövranını pisləşdirir.

AzEuroNews saglamolun.az-a istinadən xəbər verir ki, nəticədə orqanizmin bütün orqan və sistemləri onlara lazım olan oksigeni və qidalı maddələri kifayət miqdarda almır ki, bu da müxtəlif pozulmaların inkişafına təkan verir.

Digər tərəfdən damarların divarında yığılmış xolesterin damarları daha zəif və kövrək edir. Bu isə çox təhlükəlidir. Zəif damar partlaya bilər. Bu isə insult və ya infarktın inkişafı deməkdir.

Polşa alimləri araşdırmalar nəticəsində sübut ediblər ki, pomidorların tez-tez qəbulu damarları daha sağlam, təmiz və elastik edir. Araşdırmada ateroskleroz xəstəliyindən (damarlarda xolesterinin yığılması ilə müşayiət olunan xəstəlik) əziyyət çəkən 220 insan iştirak edib. Tədqiqatçılar iştirakçıları 2 qrupa bölüblər. 1-ci qrupda olan insanlar digər qidalardan əlavə hər gün 2-3 pomidor yeyirdi, 2-ci qrup həmişəki qaydada qidalanırdı. 2 aydan sonra aparılmış müayinə göstərib ki, hər gün 2-3 pomidor yeyən insanların damarları xeyli təmizlənib və damarların keçirmə qabiliyyəti 2 dəfə artıb.

Alimlər bunu pomidorların tərkibində olan likopin maddəsinin təsiri ilə əlaqələndirir. Bu maddə damarları çox yaxşı təmizləyir.