Ebru Gündeşin bu fotosunu 67 mindən çox insan bəyənib

15 iyul hərbi qiyama cəhd gecəsindən sonra Türkiyə xalqı birlik mesajı vermək üçün avqustun 7-də mitinqə çıxmışdı.

Məlumata görə, 5 milyondan çox insanın iştirak etdiyi mitinqə sənət dünyasının məşhurları da qatılıb. Lakin bəziləri dəstəklərini meydanda deyil, sosial media üzərindən bildiriblər. Onlardan biri də Ebru Gündeşdir.

Onun “Türkiyə ayaq üstdə, dövlətinin yanında” yazısı 67 mindən çox insan tərəfindən bəyənilib.

ebru-azeuro-1