Enriki İqlesias Antalyaya gedir

41 yaşlı müğənninin pərəstişkarlarına şad xəbər.

Məlumata görə, 16 avqustda ispan müğənnisi, bəstəkar və prodüser Enrike İqlesias Türkiyənin kurort şəhərlərindən biri olan Antalyada pərəstişkarları ilə görüşəcək.  Türk mətbuatı yazır ki, “Expo 2016 Antalya” mərkəzində baş tutacaq konsertin biletləri 50-150 AZN civarındadır. 41yaşlı ulduzun çıxışını canlı izləmək istəyənlər, dəvətnamələri internet üzərindən də əldə edirlər. Məlumat üçün bildirək ki, dünya şöhrətli ulduz hit mahnılarını səsləndirəcəyinin anonsunu edib.