Ermənistan xarici işlər naziri vəzifəsindən azad ediləcək

“Ermənistan prezidenti Serj Sarksyan indiki xarici işlər naziri Edvard Nalbandyanı tutduğu vəzifədən azad edəcək”.

“Report” “Qraparak” (“Meydan”) qəzetinə istinadən xəbər verir ki, S.Sarksyan yeni kadr dəyişikliyi etməyi planlaşdırır.

Məlumatda bildirilib ki, həmin plana uyğun olaraq Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Fransaya səfir təyin ediləcək. Onun yerinə isə Ermənistan Prezident Aparatının rəhbəri Vigen Çiteçyanın təyin ediləcəyi gözlənilir.

Xəbərə görə, Prezident Aparatına Ermənistan Milli Təhlükəsizlik Şurasının indiki katibi, uzun illər keçmiş prezident Robert Koçəryanın administrasiyasına rəhbərlik etmiş Armen Gevorkyanın təyin ediləcəyi planlaşdırılıb.