“Messini Ronaldo ilə müqayisə etmək olmaz”

“Barselona”nın eks futbolçusu Aleks Sonq dünya futbolunun ulduzu Messi haqqında danışıb.

Kamerunlu müdafiəçi eks komanda yoldaşının yalnız qələbəni düşündüyünü bildirib.

“Messi dahidir. Onu Kriştianu Ronaldo ilə müqayisə etmək olmaz. Messi tam başqa səviyyədədir, insan deyil. 2013-cü ildə Çempionlar Liqasında “Milan”a 0:2 uduzmuşduq. Leo paltardəyişmə otağına böyük məyusluqla girdi və dedi: “Olsun, nolar “Camp Nou”da məğlub edərik”. Cavab görüşünə çıxanda qalib gələcəyimizi bilirdik.

Çünki Messi çox qətiyyətli idi. O, kim olduğunu “Milan”a göstərmək istəyirdi. Matçın əvvəlində qol vurub rəqibə jest göstərdi ki, bu gün sizin gününüz deyil. Beləlikə, hər şey başa çatdı. Leonun qalibiyyətə necə can atdığını görə bilsəydiniz. Sadəcə, inanılmazdır. O, uduzmağı ağlına gətirmir. Buna görə onu sevirəm”.