Qafqaz Universitetinin sabiq dekanı həbs edildi

Türkiyənin Sakarya Universiteti İlahiyyat fakültəsi təfsir bölümü elmi şurasının üzvü, professor, doktor Davut Aydüz həbs edilib.

AzEuroNews haberturk-ə istinadən xəbər verir ki, Davut Aydüz “Konstitusiyanın ləğv etmək”, “FETÖ silahlı terrorçu qruplaşmasına üzv olmaq” və “terror qruplaşmasına maliyyə dəstəyi vermək”də ittiham olunur.

Davut Aydüz Fətullahçı terror təşkilatına (FETÖ) aid televiziyalarda dini söhbətlər edirmiş.

Məlumata əsasən, bu fakültədə bir müddət işləmiş, 3 gün əvvəl FETÖ məsələsi ilə bağlı saxlanılan professor, doktor Hüdaverdi Adam isə sərbəst buraxılıb.

Qeyd edək ki, Qafqaz Universitetinin İlahiyyat Fakültəsidə 3 il dekan vəzifəsini icra edib və Fəthullah Gülənin özəl tələbələrindən biri olub.