TRT-nin 42 əməkdaşı saxlanılıb

Türkiyənin TRT telekanalının 42 əməkdaşı saxlanılıb.

Anadolu agentliyi xəbər verir ki, Ankara Şəhər Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər.

Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə götürülüb.