Yaponiyalı tələbələr Azərbaycanda təhsil almaq istəyir

“Yaponiyada təhsil alan Azərbaycan vətəndaşların sayını dəqiq söyləmək çətindir, amma onu deyə bilərəm ki, bu gün ən azı 15 azərbaycanlı tələbə dövlət proqramı xətti ilə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində oxuyur”.

Məlumata görə, bunu Yaponiyanın Bakıdakı səfirliyinin birinci katibi Qinqa Kobayaşi deyib.

O xatırladıb ki, indi bir yapon tələbə “ADA” Universitetindəki təhsilini başa vurub.

Q.Kobayaşinin sözlərinə görə, yaponiyalı tələbələrin bəziləri Azərbaycanda təhsil almaq istədiklərini bildiriblər və onlar tezliklə Bakıya gələcəklər.

“Bu gün Yaponiya və Azərbaycan universitetlərinin özləri birgə proqram və layihələr yaradaraq birbaşa münasibətlər qurur”, – deyə səfirliyin birinci katibi bildirib.