Ankara Cümhuriyyəti Baş Prokurorluğu Fətullah Gülən haqqında həbs qərarı çıxarıb

Ankara Cümhuriyyəti Baş Prokurorluğu Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı istintaq çərçivəsində Fətullah Gülən haqqında həbs qərarı çıxarıb.

Anadolu agentliyi xəbər verir ki, o, bir sıra ağır cinayətlərdə ittiham edilir.

Belə ki, Fətullah Gülənə qarşı zor və güc tətbiq etməklə Türkiyədə Cümhuriyyət üsulunu aradan qaldırmaq, dövlət başçısına sui-qəsd, zor və güc tətbiq etməklə Türkiyə Böyük Millət Məclisini aradan qaldırmaq, silahlı təşkilat qurmaq və onu idarə etmək, 246 nəfəri qəsdən öldürmək maddələri üzrə ittiham irəli sürülüb .