“Ayaqları ilə ox atan Orissa Kelly”

İngiltərənin St. Albans şəhərində yaşayan 21 yaşındakı gimnastçı Orissa Kelly digər gimnastçılardan fərqli olaraq ayaqlarını istifadə edərək ox atır.

AzEuroNews haberturk-ə istinadən xəbər verir ki, kiçik yaşlarından bəri bu idmanla məşğul olan Kelly, bu sahədə bir fərqlilik yaratma düşüncəsiylə yola çıxdığını söyləyib. Bu metodu ilk dəfə, ayaqlarıyla ox atan birinin videosunu izlədikdən sonra sınayan Kelly, şousuna bu nümayişi əlavə etmək qərarına gəlib.

Bir çox adam tərəfindən təhlükəli qarşılanan bu şounu bir addım irəliyə daşıyaraq , 2015-ci aprel ayından bəri tamaşaçılara təqdim edir.

İndiyə qədər İsveçrə , Dubay və Misirdə nümayişə çıxan Kelly, hazırda Maldivlərdə davam edir.