Azərbaycan cüdoçusu Rio-2016-da ipponla mərhələ adlayıb

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən cüdoçu Uşangi Kokauri ilk görüşünü keçirib.

Məlumata görə, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 24 yaşlı idmançı 1/16 finalda latviyalı Artur Nikiforenko ilə üz-üzə gəlib.

Görüş cəmi 4 dəqiqə 42 saniyə davam edib. Kokauri rəqibinə ipponla qalib gəlib. 1/8 finalda onun rəqibi yaponiyalı Hisayoşi Haraşava olacaq.