Cesika Alba biznesə başladı

Məşhur aktrisa Cesika Alba özünün kosmetika brendini yaradır.

Məlumata görə, 35 yaşlı aktrisa “Honesty Beauty” adlanan brendi üçün yeni kosmetika dəsti də hazırlatdırıb.

Dəstə dodaq boyası, palet və bəzi üz boyaları daxil edilib. Özəl makiyajçısı Daniel Martinin köməkliyi ilə hazırlanan kosmetika “Falling for You” adlanır.

Qeyd edək ki, Cesika 2008-ci ildə aktyor Keş Uorrenlə evlənib. Cütlüyün iki övladı var.