Dünyanın ən gənc milyarderləri

ABŞ-ın Forbes jurnalında nəşr olunan dünyanın ən gənc altı milyarderi sərvətləri ilə göz qamaşdırırlar .

AzEuroNews milliyet-ə istinadən xəbər verir ki, yaxın keçmişdə  64 yaşındakı Gerald Cavendish Grosvenorun həyatını itirməsi, 25 yaşındakı oğlu Dük Hugh Grosvenoru göz önünə gətirdi.

9 milyard sterlinqlik sərvətə sahib olan GROSVENOR , atasının ölümündən sonra Forbes jurnalında ən çox qazananlar siyahısının ilk sıralarına sürətli giriş etdi.

Norveçli iş adamı Johan Andresenin qızları , 21 yaşındakı Alexandra və Katharina bacıları da 1.2 milyard sterlinqlik sərvətləriylə ən gənc zəngin milyarderlər arasındadırlar.

Dünyanın ən çox istifadə edilən proqramlardan biri olan Snapchatın qurucusu olan 26 yaşındakı Evan Spiegel də 2 milyard dollardan çox sərvəti ilə Forbes siyahısında olmağa haqq qazanan adlar sırasındadır.