FETÖ rəhbərinin qardaşı oğlu saxlanılıb

Fətullahçı Terror Təşkilatının (FETÖ) rəhbəri Fətullah Gülənin qardaşı oğlu və vəkili Kamal Gülən saxlanılıb.

Anadolu xəbər verir ki, bir vaxtlar bağlanan STV kanalında aparıcılıq edən Kamal Gülən Araç rayonunda yol nəzarəti zamanı bir avtomobildə saxlanılıb.

Məlumata görə, qayınatasının evinə getdiyini bildirən Gülən, Kastamonu Polis İdarəsinə aparılıb.