Hakan Şükür və atasına həbs qərarı verilib

Türkiyə millisinin sabiq üzvü, məşhur futbolçusu, millət vəkili Hakan Şükür və atası Selmet Şükür saxlanılması barədə qərar qəbul olunub.

AzEuroNews cnnturk-ə istinadən xəbər verir ki, Sakarya Respublika Prokurorluğunun Fətullahçı Terror Təşkilatının (FETÖ) çevriliş cəhdinə dair araşdırması çərçivəsində keçmiş millət vəkili Hakan Şükürün saxlanılması üçün iş başlanılıb.

Məlumata görə, ABŞ-da yaşayan Hakan Şükür “silahlı terror təşkilatına üzv olmaq”da ittiham edilir.