Şahrux Xan Los-Anceles hava limanında saxlanılıb

“Bollivud kralı” adlandırılan məşhur hind aktyoru Şahrux Xan Los-Anceles hava limanında immiqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılıb.

AzEuroNews xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə aktyor “Twitter” səhifəsində yazıb.

“Dünyada baş verən olayları nəzərə alaraq, təhlükəsizlik tədbirlərinə hörmətlə yanaşıram. Amma hər dəfə immiqrasiya xidməti əməkdaşları tərəfindən saxlanılmağım çox üzücüdür”,- deyə Şahrux Xan sosial şəbəkədəki səhifəsində bildirib.

Aktyor nə qədər saxlanılması ilə bağlı heç bir qeyd yazmayıb.

Onun saxlanılması ilə əlaqədar ABŞ-ın bəzi diplomatları təəssüfünü dilə gətirib. Məsələn, ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya üzrə köməkçisi Nişa Bisval hadisəyə görə təəssüfləndiyini, amma hərdən hətta amerikalı diplomatların əlavə yoxlamaya məruz qaldığını bildirib.