Türkiyə universitetlərində çalışan 5342 nəfər vəzifəsindən azad edilib

Türkiyədə dövlət və vəqf universitetlərində çalışan 5 342 nəfər tutduğu vəzifədən azad ediliblər.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Ali Təhsil Şurası (YÖK) məlumat yayıb.

Xəbərdə bildirilib ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədə şübhəli bilindikləri üçün işdən çıxarılıblar.