Ən ideal iqlim

Beynəlxalq tədqiqatçılar qrupu insanların yaşaması üçün ən ideal iqlim şəraiti  olan ölkəni tapmaq üçün araşdırma aparıblar. Məlum olub ki, Kosta-Rikanın təbiəti insanlar üçün ən əlverişli iqlimdir.

Tədqiqatçılar müxtəlif ölkələrdən təqribən 14 min nəfər arasında sorğu keçiriblər. Rəyi soruşulanların çoxu səsini Kosta-Rikaya verib. Buna görə də ölkə reytinqdə birinci yeri tutub.